43 dərəcə isti olacaq

Avqustun 9-u Azərbaycanda temperatur 43 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, avqustun 9-da Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək və gündüz temperatur +42 dərəcəyədək yüksələcək. Gecə +28 dərəcə isti olacaq.

Çimərliklərdə suyun temperaturu da rekord həddə - yarımadanın cənub sahillərində +31 dərəcəyə, şimal sahillərində +29 dərəcəyə çatacaq.

Ölkənin rayonlarında da yağıntı gözlənilmir. Aran rayonlarında temperatur +43 dərəcəyə qədər yüksələcək, dağlıq rayonlarda +34 dərəcə isti olacaq.

Səhiyyə Nazirliyi insanlara günün pik vaxtlarında açıq havada qalmamağı məsləhət görür.