Le-Sifflu - Siqareti atmaq istəyənlər üçün yenilik [Video]

Your browser doesn’t support HTML5

Siqaretin sağlamlığa zərərləri ilə bağlı xəbərdarlıqlara baxmayaraq, bu problem hələ də qalmaqda davam edir. Fransanın bir qrup dizayneri siqareti atanlar, lakin dostları ilə bir araya gələndə şənlənmək üçün istifadə edə biləcək Siflü adlı süni siqaret icad edib. Siqaret kimi çəkilən Sifflu-nun xərçəng və digər xəstəliklərə gətirib çıxaran yan təsirləri yoxdur.

Bu, sağlam həyatın aksesuarıdır. Bu Le-Sifflu müştüyü iki fransız hipster tərəfindən icad edilib.

“Dizayn baxımından cəlbedicidir. Kiçik və yararlıdır. Yaxşıdır” deyə, Lukas Deroş adlı şəxs bildirir.

Nitsa turisti Dominik Sippeşer: “Mənim fikrimcə bu qəşəngdir. Zərif və dadlıdır.”

Lakin burada söhbət yalnız xarici görünüşdən getmir. Onu ixtira edənlər onun həm də funksional olduğunu deyirlər. Dizayner Stefani Mari: “Yəni bu çox sadədir, nəfəsi alıb, burnunuzdan buraxırsınız. Niyə? Çünki bu sizin neyro-transmitterinizi stimullaşdırır, çünki siz onunla nəfəs alırsınız. Siz boruya üfürür və istədiyiniz qədər üfürə biləsiniz. Eyni ritmli səs davamlı nəfəs buraxılımasına yardım edir. Bu isə öz növbəsində nəfəs almağı uzatmağımıza yardım edir."

Bu müştüklə istifadəçilər nikotinsiz nəfəs almağı öyrənir və buradan çıxan tüstü zərərsizdir.

Bu, hər şeydən əvvəl sənət əsəri kimi qiymətləndirilir. Lakin elə bir əsər ki, siqareti atmaq və ya əylənmək istəyənlərə yardım edir.