Azərbaycanın hərbi gəmiləri İrana gedib

Azərbaycan və İran hökumətləri arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən oktyabrın 3-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin G-122 və G-124 gözətçi gəmiləri İrana dostluq səfərinə gedib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, oktyabrın 7-dək davam edəcək səfər çərçivəsində hərbi dənizçilərimizin İranın Xəzər dənizindəki hərbi dəniz komandanlığı ilə görüşü, Ənzəli şəhərindəki dəniz bazasına ziyarəti və bir sıra digər tədbirlərdə iştirakı nəzərdə tutulub.