Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri minaya düşüb

Müdafiə nazirliyi

Nəticədə bir nəfər ölüb, digəri yaralanıb

Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri minaya düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nəticədə kiçik çavuş Qoşqar Qurbanov həlak olub.

Digər hərbi qulluqçu Eşqin Şahvələdov isə yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə edilib.

Hazırda onun vəziyyəti kafidir, o, həkimlərin nəzarəti altındadır.