Hindistanın Kəşmir bölgəsində qarşıdurma yaranıb

Hindistanın nəzarətindəki Kəşmir şəhərində çərşənbə günü hökumətə qarşı çıxan nümayişçilərlə polislər arasında qarşıdurma yaranıb. Hadisə polisin Kəşmir üsyançıları olduğunu təsdiqlədiy 3 nəfərin nümayişçilərlə hökümət qüvvələri arasında yaranan silahlı atışmada həlak olmasından sonra baş verib.

Ölüm xəbərləri yayıldıqdan sonra etirazçılar şüarlar səsləndirərək polisə daşlar atmağa başlayıb.

Qarşıdurmada öldürülmüş üsyançılardan biri olan Aqib Əhmədin dəfn mərasiminə xeyli sayda insan toplaşıb.

Üsyançı qruplar 1989-cu ildən Kəşmirin Hindistan tərəfindən idarə olunan hissəsinin müstəqilliyi və ya Pakistanla birləşməsi uğrunda mübarizə aparır.