Əfqanlar müqavimət lideri Əhməd Şah Məsudun vəfatının 10-cu ildönümünü qeyd etmək üçün bu gün Kabildə toplaşıblar. Əfqanıstanın vitse-prezidenti və başqa hökumət rəsmiləri Şah Məsudun Kabildəki abidəsi üzərinə əklillər qoyublar.
Məsud Sovet qoşunlarına və onun 1980-ci ildə Əfqanıstandakı müttəfiqlərinə qarşı döyülən görkəmli müqavimət lideri idi. O, həm də Talibana müqavimət göstərcəklərinə and içən əfqan komandirlərindən ibarət Şimal Aliansına rəhbərlik edirdi.
2001-ci ilin sentyabrın 9-u Şah Məsud özünü ərəb jurnalisti kimi qələmə verən intiharçıların hücumunun qurbanı oldu. Onun ölümü Birləşmiş Ştalarda baş vermiş sentyabrın 11- i hücumundan cəmi bir neçə gün əvvələ təsadüf etdi.
Məsudun sui-qəsdi terrorçu hücumunun nəticəsi olduğu ehtimal edilir. Bəzi analitiklər müqavimət komandirinin 11-i sentyabr hücumundan sonra Talibanın dəstəklənməsini təmin etmək üçün əl-Qaidə tərəfindən bilərəkdən öldürüldüyünü deyir.