Your browser doesn’t support HTML5
Hollivudun ınqısa sürən nikahları
Hollivudun ən məşhur ulduzlarından, əfsanəvi Elizabet Teylor 18 yaşında 24 yaşlı Konrad Hiltonla evlənib.
Məşhur film ulduzu Eddi Merfinin da evlilik həyatı çox qısa olub. Eddi Merfinin işgüzar qadın Treysi Edmondsla evliliyi cəmi 2 həftə çəkib.
Amerikanın tanınmış televiziya aparıcısı və aktyor Mario Lopezlə aktrisa Ali Landrinin də evliliyi 2 həftə sürüb.
Müğənni Britni Spirsin aktyor və rejissor Ceyson Aleksandrla evlilik həyatları cəmi 55 saat sürüb.
Hollivudun parlaq ulduzları Dryu Berrimorun britaniyalı bar sahibi ilə evlilik həyatı 30 gün çəkib.
Pamela Andersonu çox qısa müddətə arvadı adlandıran isə təkcə Kid Rock olmayıb. Rik Salamon Pamela ilə Las Veqasda şounun tənəffüsü zamanı kəbin kəsib. Onların evlilik həyatı isə 60 gün çəkib.
Məşhur Kim Kardaşyana evlilik dönəmi qısalığına görə başqa məşhurlardan geri qalmır. Basketbol ulduzu Kris Hamprisə ərə gedən Kim Kardaşyan 72 gündən sonra
boşanıb.