Honq Konqda dağıdıcı tayfun

Honq Konq rəsmiləri dağıdıcı tayfunun yüzdən çox adamı yaraladığını xəbər verir. Təbii fəlakət nəticəsində çoxsaylı ağaclar kökündən qopub və ərazidə dağıntılar yaranıb.

Saatda 140 kilometr küləklərlə müşayiət olunan Vinsent tayfunu Honq Konqda 1999-cu ildən bəri ən yüksək səviyyədə xəbərdarlıq verilməsinə səbəb olub.

Tufan aeroportların bağlanmasına, bərə gəmilərinin ləngiməsinə və səhm bazarının gec açılmasına səbəb olub.

Tayfun Çinin Quanqdonq vilayətinə doğru irəlilədikcə zəifləməyə başlayıb.