Honq Konqda avtobus qəzası baş verib

Your browser doesn’t support HTML5

Honq Konq beynəlxalq hava limanının işçilərini daşıyan avtobusun cümə günü magistral yolda taksi ilə toqquşması nəticəsində 5 nəfər ölüb, 30-dan çox insan isə yaralanıb.

Polisin verdiyi məlumata görə, hadisə baş verən zaman taksi qəza işıqları yanıq vəziyyətdə yolun sol hissəsində dayanırmış.

Qəza zamanı sərnişinlərdən üçü avtobusun pəncərəsindən magistral yola düşərək həyatını itirib. Taksi sürücüsü və digər sərnişin isə xəstəxanada vəfat edib.

Avtobus sürücüsünün vəziyyəti ilə bağlı məlumat yoxdur. Qəza ilə bağlı istintaq aparılır.