Hato qasırğası Honq-Konqa çatıb

Makau ərazisində üç insanın həyatına son qoyan, güclü külək və sel ilə müşayiət olan Hato qasırğası çərşənbə günü Honq-Konq şəhərinə yaxınlaşıb.

Xilasedicilər evlərində ilişib qalan və qasırğa başlayan zaman küçədə olan insanları xilas etmək üçün fəaliyyətlərini intensivləşdiriblər. Qasırğa səbəbindən məktəblər bağlanıb, uçuşlar isə müvəqqəti olaraq dayandırılıb.

Çin rəsmilərinin verdiyi məlumata görə, qasırğanın baş verəcəyi ərazilərdən çərşənbə axşamı minlərlər insan təxliyyə edilib.

Qasırğa səbəbindən yaranan iri dalğalar saatlar boyunca Honq-Konqdakı bəndlərə çırpılıb. Bu da Hato qasırğasının uzun müddət adada davam edəcəyinə işarədir.