ABŞ səfirliyi köçkün məktəbinə kitablar ianə edib

ABŞ-ın Azərbaycandakı səfirliyi Masazır qəsəbəsində yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulmuş Laçın orta məktəbinin şagirdlərinə İngilis və Azərbaycan dillərində kitablar ianə edib.

Laçın məktəbi

ABŞ səfirliyi Facebook səhifəsində yazır ki, ianələr Amerika barəsində bir çox məlumat təqdim edir və növbəti illərdə istifadə oluna biləcək faydalı vasitədir.

ABŞ səfirliynin müvəqqəti işlər vəkili Vilyam Gil deyib ki, ABŞ Azərbaycanla arzuolunan gələcəyi qurmaq naminə birgə çalışır.

“Bu dəstək, həmçinin Dağlıq Qarabağ problemindən əziyyət çəkən insanlar üçün nəzərdə tutulub”, o qeyd edib.