Həkim Xəyalə Balabəyova: Pandemiya ilə mübarizə aparmaq üçün yalnız bir üsulumuz var – vaksinasiya olmaq
Your browser doesn’t support HTML5
Pandemiyanın başlamasından sonra keçən müddət ərzində mütəxəssislər görünməmiş nailiyyət əldə edərək, ən qısa zamanda xəstəliyə qarşı effektiv peyvəndlər hazırlaya bilib. Amerika Birləşmiş Ştatlarında və daha bir neçə ölkədə vaksinlərin təsdiqindən sonra hazırda onların tətbiqinə başlanıb. Səhiyyə mütəxəssisləri bunun pandemiyanın “sonunun başlanğıcı” ola biləcəyini deyir. Nyu York ştat Universitetində çalışan tibb elmləri doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis, həkim Xəyalə Balabəyova Amerikanın Səsinə müsahibədə vaksinlər, onların effektivliyi və tətbiqi haqda danışıb.