Ukraynanın qərbində gözəl orta əsr şəhəri Lviv bütün Ukraynadan yüz minlərlə qaçqının sığınacağına çevrilib. 2012-cı ildə keçirilən Avropa kuboku üçün inşa edilən bir yerli futbol stadionu qaçqın mərkəzinə dönüşüb.
Lviv yaxınlığında bu böyük stadion 34 mindən çox futbol azarkeşini qəbul edə bilmək üçün tikilib.
Ancaq Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bəri stadion qaçqınların koordinasiya mərkəzi kimi fəaliyyət göstərir.
Buraya avtobuslarda bütün Ukraynadan qaçqınlar gəlir. Təkcə birinci həftədə bura 13 mindən çox insan gəlib.
“Hər bir ukraynalının həyatı fevralın 24-də sonra dəyişdi,” Olqa Manko deyir.
Olqa Manko Arena-Lviv stadionunun direktorudur. İşğaldan öncə onun işi böyük miqyaslı idman tədbirləri və konsertləri təşkil etmək idi.
Ancaq Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri onun əsas işı qaçqınlara yardım etməkdir.
“Biz humanitar qərargahda könüllülərə yardım edirik. Biz kartof soyuruq. Biz qabları yuyuruq. Biz yemək bişiririk…” – o deyir.
Bura gələn qaçqınların çoxu artıq evlərini itiriblər. İrina onlardan biridir. O bura Kyiv yaxınlığından gəlib.
“Biz gözləyirdik, amma vəziyyət daha da pisləşirdi. Ruslar bizə yaxın bütün kəndləri işğal etmişdi,” Brovari sakini İrina deyir.
O, hər şeyin yaxşılaşma ehtimalının çox az olduğunu başa düşdüyü an evini tərk etməyə məcbur olub.
“İşğalçılar insanları öz evlərinin zirzəmilərində bağlayırdırlar. İstədikləri zaman insanları lağa qoyurdular. Onlar qadınları zorlayırdılar. Onlar istədiklərini edirdilər. Onlar hətta evin sahibini öldürə bilərdilər,” İrina deyir.
Qaçqın mərkəzinin koordinatorları deyir ki, hərbi müdaxilənin ilk bir neçə günündə qorxan insanlar mümkün qədər tez bir zamanda xaricə qaçmaq istəyirdirlər. Amma İrina kimi yeni gələnlər daha çox ölkədə müharibənin bitməsini gözləyib hərbi aktivliyin çox az və ya heç olmadığı bölgələrə yerləşmək istəyirlər.
“Biz bələdiyyə infrastrukturu daxilindəki insanları ərazi icmalarında yerləşdirməyə çalışırıq - yəni Ukraynada qalmağı planlaşdıranları,” Qaçqınların qəbulu mərkəzinin koordinatoru Viktor Stepaniuk deyir.
Hazırda qaçqınların qəbul mərkəzinin yarısı boşdur. Ancaq könüllülər hərbi müdaxilənin davam edəcəyini güman edərək fəaliyyət göstərirlər və stadionda artıq əlavə yataqlar quraşdırılır.
“Mariupol, Çernihiv, Sumi və ya Xarkivən humanitar dəhlizlər açılsa daha çox insan Lvivə gedəcək. Və o zaman əlbəttə ki, bura dolacaq,” Olqa Manko deyir.