Hindistan rəsmiləri Dehlidə bomba hücumu cəhdi ilə əlaqədar dördüncü iranlının həbsinə çalışır

  • Amerikanın səsi

Hindistan rəsmiləri İsrail diplomatlarına qarşı hücum cəhdi ilə əlaqədar dördüncü iranlının həbsinə çalışır.

Hindistanın Press Trust agentliyinin verdiyi məlumata görə, rəsmilər Məsud Sədaqətzadənin həbsinə dair order verib.

Malaziya rəsmiləri Məsudu keçən ay Banqkokda baş tutmamış bomba hücumu cəhdi ilə əlaqədar həbs edib. Hindistan polisinin verdiyi məlumata görə, rəsmilər Məsudun Dehlidə İsrail diplomatının həyat yoldaşının yaralanması ilə nəticələnmiş bomba hücumu cəhdində şübhəli bilinən üç iranlı ilə əlaqəsi olduğuna inanır.

Dehli şəhər polis idarəsinin rəisi Briceç Qubta deyib ki, Hindistan o vaxtdan sonra ölkədən çıxmış üç iranlının həbsinə beynəlxalq orderin verilməsini istəyir. Quptanın sözlərinin görə, Məhəmməd Kazminin ifadələri daha geniş miqyasda hücum cəhdləri və Dehlidə və Banqkokda baş tutmamış cəhdlə bağlı dəyərli informasiyanın əldə edilməsinə gətirib çıxarmışdır.

Fevralın 13-də Dehlidə partlayış zamanı İsrail diplomatının xanımı yaralanmışdır. Tailand polisi Banqkokda partlayışla əlaqədar iki iranlını həbs etmişdir.