Hindistanda yaxınlarda baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 26-a çatıb.
“Daha dörd cəsədin tapılması ilə birlikdə torpaq sürüşməsi faciəsində ölənlərin sayı artıq 26-a çatıb,”rəsmi şənbə günü bildirib.
Üç qadın və bir kişinin cəsədi Mumbaydan təxminən 80 kilometr aralına yerləşən qəbilə kəndi İrşalvadidə dağıntılar altında tapılıb.
Cümə axşamı torpağı sürüşməsi nəticəsində kənddə bir sıra ev ya tamamilə ya da qismən dağılıb.
Rəsmilər deyib ki, hələ də itkin olan bir neçə insanın axtarışı davam edir.