ABŞ Dövlət katibi Hillari Klinton Hindistana səfər edir

  • Amerikanın səsi

ABŞ Dövlət katibi Hillari Klinton Hindistana səfər edir

ABŞ Dövlət katibi Hillari Klinton siyasi və iqtisadi əlaqələrin gücləndirilməsinə dair danışıqlar aparmaq üçün iki günlük səfərlə Hindistana gəlib. Xanım Klintonun səfəri keçən il Vaşinqtonda başlamış ABŞ-Hindistan strateji dialoqunun bir hissəsi olaraq həyata keçrilir. Hindistanda olcağı müddətdə ABŞ Dövlət katibi ölkə liderləri ilə görüşlərdə Əfqanıstan və Pakistanda təhülkəsizliyə dair vəziyyəti müzakirə edəcək. Çərşənbə günü xanım Klinton ABŞ şirkətlərinin nümayəndələri ilə görüşmək üçün ölkənin cənubunda yerləşən Şennay şəhərinə səfər edəcək