Kürdəmirdə nə baş verir? [Audio]

Avqustun 1-də Kürdəmir rayonunda mərkəzi bazarda icarə haqlarının artırılmasına etiraz olaraq 300-dən çox insan etiraz aksiyası keçirib.

Regional İnsan Hüquqları və Maarifləndirmə mərkəzinin rəhbəri Lətafət Məlikova etirazlar haqda Amerikanın Səsinə ətraflı məlumat verib.


Your browser doesn’t support HTML5

Regional İnsan Hüquqları və Marifləndirmə mərkəzinin rəhbəri Lətafət Məlikova ilə müsahibə



Onun sözlərinə görə polis rəisi etirazçıları qəbul etdikdən sonra onlara qiymətlərin əvvəlki səviyyədə qalacağına söz verib.

Qarşıdurma zamanı xanım Məlikova da daxil olmaqla bir neçə sakin xəsarət alıb.

Lətafət Məlikova hazırda bölgədə vəziyyətin sabit olduğunu deyib. Etirazçılar verilən sözün qüvvəyə minmədiyi təqdirdə nümayişlərin davam etdiriləcəyini bildirib.