Apple şirkətinin keçirəcəyi tədbir yeni cihaz barədə şayiələrə yol açıb

Apple şirkəti media orqanlarına sirli dəvət göndərib. Dəvət sentyabr ayının 9-da keçiriləcək tədbirdə yeni məhsulun nümayişi ilə əlaqədardır. Apple texnologiya şirkəti çox vaxt yeni məhsullarını sentyabr ayında ictimaiyyətə açıqlayır.

Media agentlikləri cümə axşamı günü “Hey Siri, bizə işarə ver” adlı tədbirə dəvət alıblar. Siri Apple cihazlarında səslı şəxsi asissttentin adıdır.

Tədbirdə nə təqdim ediləcəyi məxfi saxlandığı üçün yeni İPhone modelinin və ya Apple TV cihazının yeni versiyasının təqdimatı ehtimal edilir.

Apple tədbir keçirəcəyini elan edildikdə çox vaxt böyük marağa səbəb olur. Çünki şirkət məlumatı tədbirə qədər gizli saxlamağa çalışır.

Siri istifadəçiləri sentyabr ayının 9-u keçiriləcək tədbir barədə soruşduqda Siri onlara sadəcə böyük xəbər olacaq deyə cavab verir.