20 mln. dollar məbləğində vəsait Azərbaycan Mərkəzi Bankına satılıb
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. dollar məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan verilən məlumata görə, bu vəsaitdən 27,8 mln. dollar məbləğində vəsait 12 banka və 20 mln. dollar məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.