İranda əhalinin gözü qarşısında edam

İranda tanınmış futbolçunun məşuqəsi asılaraq edam edilib

Edam edilənlər narkotik qaçaqmalçılığında günahlandırılıb
İranın Ərak şəhərində bu gün 3 nəfər edam edilib.

APA agentliyinin məlumatına görə, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilən məhbuslar barədə Ərak İnqilab Məhkəməsinin birinci şöbəsi ölüm hökmü çıxarıb.

Həbs edilən zaman onlardan ümumilikdə 5 kiloqram müxtəlif növ narkotik maddə götürülüb. Məhkəmə qərarı Ərak həbsxanasında səhər saatlarında icra edilib.
Məhbusların kimliyi məlum olmasa da, onların 31, 35 və 47 yaşlarında olduğu bildirilib.