İranın tanınmış aktrisalarına qarşı məhkəmə işi açılıb

Kətayun Riyahi və Pantea Bəhram

Tehran polisi ictimai tədbirdə hicabsız iştirak etdiklərinə görə İranın tanınmış kino və televiziya aktrisalarına qarşı məhkəmə işi açıldığını bildirib.

Tehran Polisi Məlumat Mərkəzinin mayın 2-də bildirdiyinə görə, məhkəmə işləri aktrisalar Katayun Riyahi və Pantea Bəhrama qarşı oxşar cinayətlərə görə açılıb.

Mərkəz aktrisalara qarşı işin açılmasına səbəb kimi "hicabın ictimai yerlərdə örtülməməsi və görüntülərin sosial şəbəkələrdə yayımlanmasını" göstərib.

Mötəmed-Arya da aktrisalar Qolab Adineh və Riyahi ilə birlikdə aprelin 18-də ictimai dəfn mərasimində hicabsız iştirak edib.

Eyni tədbirə hicabsız qatılanıardan biri də İranın veteran aktrisası Əfsanə Bayeqan İnstaqram hesabında "Ürəkdən gələn ən gözəl və şəffaf inanclarımızın ikiüzlülük, diktatura, cəhalət və hiylə ilə tapdalanması təəssüf doğurur" yazıb.

"Bu mənim vətənimin bütün övladları üçün, bütün dərdli anaların qəlbləri üçün, həqiqət və maarifçilik üçün mənim ürəyimin səsidir: Qadın adına, həyat və azadlıq adına, kişi adına, Vətən və firavanlıq adına" deyə, o əlavə edib.

"Hicab və İffət" qanununa əsasən 9 yaşından yuxarı qadın və qızların ictimai yerlərdə başın örtməsi tələb edilən İranda bu cür vətəndaş itaətsizliyi halları artıb.

Son həftələr rəsmilər qadınları hicab qanununa hörmətlə yanaşmağa çağırıb və onu pozanları cəzalandırmaqla hədələyib. Rəsmilər həmçinin sahibkarların və ya menecerlərin İslam qanunlarına və hicab qaydalarına əməl etməməsi səbəbindən biznesləri, restoranları, kafeləri və bəzi hallarda aptekləri bağlayıb.