Aİ bildirir ki, İranla danışıqlar fevralın 8-də bərpa olunacaq

Avropa İttifaqı dünya güdrətləri ilə İran arasında mühüm nüvə sazişini canlandırmaq üçün danışıqların fevralın 8-də Vyanada bərpa olunacağını bildirib. Tehran isə ABŞ sanksiyalarının aradan qaldırılmasının razılaşmanı yenidən işə salmaq üçün “qırmızı xətt” olduğuna dair xəbərdarlıq edib.

Fevralın 7-də danışıqlara sədrlik edən Avropa İttifaqı diplomatların məsləhətləşmələr üçün öz ölkələrinə qayıtmasına icazə vermək üçün yanvarın 28-də dayandırılan danışıqların bərpa olunduğunu elan edib.

Tehran 2015-ci ildə dünya qüdrətləri ilə razılaşma əldə edib və bu razılaşmaya əsasən, İslam Respublikası beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində nüvə fəaliyyətlərini məhdudlaşdırmağa dair üzərinə öhdəlik götürüb.

Lakin ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2018-ci ildə sazişdən çıxıb və İranın müqavilə üzrə öhdəliklərini tədricən azaltmasına gətirib çıxaran sərt sanksiyaları yenidən tətbiq edib.

İki tərəf aprel ayından bəri Vyanada rəsmi olaraq Birgə Hərtərəfli Fəaliyyət Planı kimi tanınan paktın bərpasına yönəlmiş səkkiz raundluq danışıqlarda iştirak edib.

"Sanksiyaların aradan qaldırılması və İranın bundan faydalanması məsələsi İranın danışıqlarda qırmızı xəttidir" – deyə, Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə fevralın 7-də Tehranda keçirdiyi mətbuat konfransında bildirib.

Xətibzadə Vyanada danışıqların fevralın 8-də bərpa olunacağını təsdiqləyib.

Fevralın 4-də Vaşinqton Tramp tərəfindən ləğv edilmiş sanksiyalardan imtinanı bərpa edib, Tehran bu addımı yetərsiz hesab edib.

"Vaşinqton İranın iqtisadi vəziyyətinə heç bir təsiri olmayan addım atmağa qərar verib. Məsuliyyətli ABŞ hökuməti sövdələşməyə qayıtmalı və öhdəliklərini yerinə yetirməlidir" – deyə, Xətibzadə imtinalar barədə qeyd edib.

Vyana danışıqları yüksək səviyyəli müzaakirəçilərin məsləhətləşmələr üçün öz paytaxtlarına qayıtması ilə yanvarın 28-də dayandırılıb. Fevralın 6-da ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Malli tezliklə Vyanaya qayıdacağını bildirərək, paktın hələ də bərpa oluna biləcəyində təkid edib.

Xətibzadə deyib ki, İranın nüvə danışıqları üzrə baş müzakirəçisi Əli Baqeri Kani fevralın 8-də danışıqların bərpa ediləcəyi vaxt Vyanaya qayıdacaq.