İranda müxalif şairə 3 il həbs verilib

Şair Mustafa Badkubeyin

Tehran məhkəməsi Mustafa Badkubeyinin ədəbi yığıncaq və toplantılarda şer oxumasına 5 il qadağa qoyub.
Iranda tanınmış şair və ədəbiyyatşünas Mustafa Badkubeyi prezident Mahmud Əhmədinejad hökumətini tənqid edən şerlərinə görə 3 il həbsə məhkum edilib.
“Media forum” saytı xəbər verir ki, Tehran məhkəməsi Mustafa Badkubeyinin ədəbi yığıncaq və toplantılarda şer oxumasına 5 il qadağa qoyub.
Mustafa Badkubeyi 2011-ci ilin aprel ayında tutulub həbsə salınmış, həmin ilin iyununda mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.