İranlıların Türkiyə ilə telefon danışıqları üç dəfə artıb

Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı son olaylar ardından İran əhalisinin Türkiyə ilə telefon danışıqlarının üç dəfə artdığı bildirilir.

Bu haqda məlumatı İran İnformasiya Texnologiyaları Təşkilatının sədr müavini İsmail Radkani İSNA xəbər agentliyinə açıqlayıb.

Radkaninin bu artımın keçən həftə hesablandığını bildirib. Lakin onun sözlərinə görə, onsuz da son bir neçə ay ərzində iranlıların Türkiyə ilə internet və telefon əlaqələri xeyli artmışdı.

İnformasiya Texnologiyaları Nazirliyi rəsmisinin bu açıqlaması siyasi ekspertlərin İran toplumunda Türkiyədə baş verənlərə diqqətlərin çoxaldığına dair dəyərləndirmələrini təsdiq edir.

Son vaxtlar İran Azərbaycanında fəaliyyət göstərən müxtəlif qruplar və türk fəallar başda olmaqla İrandakı siyasi və mədəni qruplar arasında cərəyan edən mübahisələrin böyük bir hissəsi Türkiyənin siyasi durumu ilə bağlıdır.