İranın ali ruhani rəhbəri nüvə müzakirələrinin uzadılmasını dəstəkləyir

İranın ali ruhani rəhbəri nüvə müzakirələrinin uzadılması fikirini dəstəklədiyini, lakin danışıqlar baş tutmasa ABŞ-ın çox şeyi itirəcəyini deyib.

Televiziya ilə çıxışı zamanı Ayətulla Əli Xameneyi bildirib ki, razılıq əldə edilməsinə qoyulan möhlətin uzadılmasına etiraz etmir.

Daha əvvəl İranın ali ruhani rəhbəri ABŞ və onun “Avropa müstəmləkələrinin” İranı diz çökdürməyə nail ola bilmədiyini bildirmişdi.

İran və 6 dövlətin xarici işlər nazirləri İranın nüvə proqramına dair zamanı razılıq əldə edə bilmədiklərinə görə müzakirələrin müddəti iyul ayının 1-dək uzadılıb.

Diplomatlar martın 1-dək iş planını hazırlayacaqlarını və 3 ay sonra onun təsdiqinə nail olacaqlarını bildirib.

ABŞ, Britaniya, Çin, Fransa və Almaniya nümayəndələrinin iştirak etdiyi müzakirələr zamanı Iranın nüvə proqramına dair yekun razılıq əldə edilməli idi.