İranda zəlzələ

İranın dövlət televiziyasının məlumatına gör, ölkənin cənub bölgəsində 5.4 bal gücündə zəlzələ qeydə alınıb.

Zəlzələ axşam yerli vaxtla 10-da Kerman vilayətində baş verib. Təbbi fəlakət tele-kommunikasiyanı mümkünsüz edib. Dağıntılar və tələfat barədə məlumat yoxdur.

Lakin Rixter şkalasına görə 5.4 bal gücündə zəlzəzlə güclü dağıdıcı qüvvəyə malik ola bilər.

Çox aşağı laylar üzərində yerləşən İranda zəlzələlər nadir hal deyil.

2003-cü ildə Bam şəhərində zəlzələ 26 min insanın ölümünə səbəb olmuşdu.