İranda parlament seçkiləri keçirilir

Ötən il İranla tarixi nüvə razılığının əldə olunmasından sonra ölkədə ilk dəfə parlament seçkiləri keçirilir. Bu razılıq İranın nüvə fəaliyyətlərini məhdudlaşdırması qarşılığında Tehranın üzərindən bəzi sanksiyaları aradan qaldırıb.

Mühafizəkarların üstünlük təşkil etdiyi 290 nəfərlik parlamenti və 88 nəfərlik Ekspertlər Assambleyasını müəyyən etmək üçün 55 milyon iranlı seçici kimi qeydiyyatdan keçib. Assambleya İranın xarici siyasətindən son sözü deyən Ali Ruhani Lideri Ayətulla Əli Xameneyinin işinə nəzarət edir.

İranlıların səsvermədə iştirakına vaxmayaraq prezident Həsən Ruhaninin apardığı siyasi kursa dəstəyin səviyyəsindən seçkilərin nəticələri təxmin etmək mümkündür. Nüvə razılığını administrasiyasının başlıca məqsədi edən cənab Ruhaninin gələn il yenidən prezident seçiləcəyi ehtimal olunur.

Ən islahatçı namizədlərin seçkilərdə iştirakına isə seçkilərə nəzarət komitəsi qadağa qoyub.