İraq ordusu Fəlluca uğrunda döyüşlərdə nailiyyət əldə edib

İraq ordusunun bugünkü məlumatında deyilir ki, Bağdadın qərbində, İslam Dövləti yaraqlılarının nəzarətindəki Fəlluca mahalı uğrunda döyüşlərdə nailiyyət əldə edilib.

Bundan əvvəl ordu Bağdaddan 50 km məsafədəki Fəlluca şəhərini mühasirəyə almışdı.

"Bizim qüvvələr bu gün səhər Fəllucanın Əl-Şuhada məhəlləsinə doğru irəliləməyə başladı" deyə, Konter-Terrorizm Mərkəzinin sözçüsü bildirib.

Fəlluca İraq şəhərləri arasında İŞİD-ın nəzarətində ən uzun müddət qalan şəhərdir. İŞİD döyüşçüləri burada özlərinə istehkam qurub.