İraqda daha bir hücum

Bağdad yaxınlığında baş verən partlayış nəticəsində 80 nəfər ölüb.

Yanacaqdoldurma məntəqəsində partlayışı intiharçı törədib. Hadisə zamanı 32 adam xəsarət alıb.

Bu məntəqə Bağdadın 120 kilometrliyində yerləşir.

İrandan Kərbəlaya gedən iranlı zəvvarlar adətən bu məntəqə yaxınlığındakı restoranda dayanırlar.

Partlayış vaxtı yanacaqdoldurma məntəqəsində zəvvarlarla dolu 7 avtobus olub.

Bəzi məlumatlara görə ölənlərin 10-u iraqlı, qalanları isə iranlıdır.

Reutersin məlumatına görə, hücumun məsuliyyətini İslam Dövləti qrupu üzərinə götürüb.

Son aylar Bağdadda bir neçə belə partlayış törədilib.