İraqın türkmənlərin yaşadığı bölgəsində etnik azlıqlara aid qrupun keçirdiyi etiraz aksiyası zamanı iki intiharçının həyata keçirdiyi bomba hücumları 8 nəfərin ölümünə səbəb olub. Ölənlər arasında vilayət qubernatorunun sabiq müavini iki oğlu ilə birlikdə cə sabiq vilayət rəsmisinin də olduğu deyilir.
Hücumun paytaxtdan 170-km məsafədə, Bağdad-Kərkük şosse yolu yaxınlığındakı Tuz-Xurmato şəhərində türkmənlərin hökumətin onların haqlarını qorumalarına çağırışları zamanı həyata keçirildiyi bildirilir.
Etnik kürdlərin, sünni ərəblərin və şiə türkmənlərin qarışıq yaşadığı mübahisəli Tuz-Xurmatoda son zamanlar türkmənlərə qarşı silsilə hücumlar həyata keçirilməyə başlayıb.
Bu gün eləcə də, zəvvarları Kərbalaya aparan mikro-avtobus bomba hücumuna məruz qalıb.