İrlandiyada abortla bağlı referendum keçirilir

İrlandiyada abortun yasaqlanması ilə bağlı referendum keçirilir. Referendumun nəticələri çox hallarda abortu qadağan edən konstitusiya maddəsinin saxlanıb-saxlanmamasını müəyyən edəcək.

Hazırkı maddə konstitusiyaya 1983-cü ildə əlavə edilib. İlkin qərar abortun bütün hallarını qadağan edirdi. 5 il əvvə edilən düzəlişə görə, ananın həyati təhlükəsi olduğu halda aborta icazə verilirdi.

Baş nazir Leo Varadkarın hökuməti ilin sonunadək 4-cü düşəlişin təsdiqinə çalışır. Bu düzəliş hamiləliyin 12-ci həftəsinədək abort edilməsinə imkan yaradacaq.

Rəy sorğuları əksəriyyətin abotun yasaqlanması qanunun ləğvi tərəfdarı olduğunu göstərib.

Hazırda minlərlə qadın abort üçün Britaniyaya gedir.

Referendumun nəticələri sabahdan hesablanmağa başlayacaq.