ABŞ-ın cənub-şərqi əraziləri narahatlıqla İrma qasırğasının gəlişinə hazırlaşırlar

Harvi qasırğası şokunun hələ tam keçmədiyi bir zamanda ABŞ-ın cənub-şərqi və Meksika körfəzi əraziləri narahatlıqla digər qasırğanın – İrmanın gəlişinə hazırlaşırlar.

Milli Qasırğalar Mərkəzi xəbərdarlıq edib ki, İrma qasırğası həftənin sonuna qədər ştatın cənub ərazilərinə təsir göstərəcək.

Qasırğa müşahidəçiləri deyirlər ki, İrma Puerto Riko və Vircin adalarına birbaşa təhlükə törədir. Hər iki ərazinin sakinləri qarşıdan gələn qasırğa ilə əlaqədar hazırlıqlar görürlər.

Puerto Riko rəsmiləri ərazilərində fövqəladə vəziyyət elan edib və Milli Qvardiyanı fəallaşdırıb.