Yanvarda ABŞ-da işsizlik səviyyəsi 5 faizdən aşağı olub

Your browser doesn’t support HTML5

ABŞ-da yanvar ayında gözlənildiyindən az - sadəcə 151,000 - yeni iş yeri yaranıb. İqtisadçılar bu rəqəmin 190 min olacağını gözləyirdilər. Lakin yeni yaranan iş yerləri sayəsində işsizlik səviyyəsi 4.9 faizə enib. Bu, isə son 8 ilin ən aşağı işsizlik göstəricisidir.  Bəs onda niyə ABŞ səhmlərinin qiymətləri düşür? Təhlilçilər səbəbləri fərqli baxışlarla izah edirlər.