İslam Partiyasının sədri cəza kamerasına salınıb

Mövsüm Səmədov

Mövsüm Səmədovun bu gün prezidentliyə namizədliyi irəli sürülüb
Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov yenidən bir neçə günlük həbsxananın cərimə kamerasına salınıb. Bu barədə Amerikanın Səsinə vəkil Anar Qasımlı bildirib.

“M.Səmədovun hansı səbəbdən və neçə günlüyə cərimə kamerasına salınması ilə bağlı məlumat verməyiblər”, vəkil qeyd edib.

Vəkil həbsxanaya buraxmayıblar və sabah gəlməyini tövsiyə ediblər.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

M.Səmədov 2011-ci ilin yanvarında həbs olunub. O, hakimiyyəti zorla ələ keçirməyə cəhddə təqsirli bilinərək

12 il müddətinə azadlıqdan məhrum edilib.

İyulun 1-də İslam Partiyasının Baş Məclisnidə AİP sədri Mövsüm Səmədovun prezidentliyə namizədliyini irəli sürüb.