Vahid İspaniya və müstəqil Kataloniya tələb edənlər ayrı-ayrı nümayişlər keçirir

Bazar günü Barselona, Madrid və İspaniyanın digər şəhərlərində katalanlar etirazlar keçirib. Onlar ötən həftə keçirilən müstəqillik referendumundan sonra İspaniyadan ayrılmağı tələb edir.

Etirazın təşkilatçıları nümayişçiləri ağ rəng geyinməməyə və nə İspaniya nə də Kataloniya bayrağını nümayiş etdirməməyə çağırıb. Onlar “Gəlin danışaq” şüarını təbliğ edir.

Ölkənin paytaxtı Madriddə həm də İspaniyanın vahidliyi ilə bağlı nümayiş keçirilib. Madridin Plaza de Colon meydanında keçirilən həmin nümayişdə minlərlə insan qırmızı və sarı rəngəd olan İspaniya bayrağını dalğalandırıb.

Bu etirazlar bazar günü keçirilən refendumdan sonraya təsadüf edir. Həmin referendumda katalonların əksəriyyəti müstəqlillik lehinə səs verib, lakin milli hökümət səsverməni qeyri-qanuni adlandırıb. Hazırda necə irəliləcəkləri ilə bağlı çətin qərarlarla üzləşən Kataloniya liderləri İspaniyanın milli hökümətini dialoqa çağırırlar.

Cümə axşamı yüksək səviyyəli Avropa İttifaqı rəsmisi separatçıların mübahisəsinin silahlı münaqişəyə çevrilmək ehtimalı olduğunu deyib.

“Onların mövqeyi çox narahatedicidir. Burada, Avropanın ortasında vətəndaş müharibəsi baş verə bilər”, deyə Almaniyanın Avropa İttifaqı nümayəndəsi Qunter Oettinger Münhendə keçirilən tədbirdə söyləyib.

Almaniyalı nümayəndənin bu sözləri Aİ diplomatları arasında təşviş yaradıb.

İspaniyanın baş naziri Mariano Rahoy Kataloniyanın yarı-muxtariyyətini ləğv edərək, Madridin birbaşa nəzarətinə salmaqla təhdid edib. O, Kataloniyanın separatçı liderləri bazar günü keçirilən icazəsiz refenduma əsaslanaraq müstəqillik deklarasiyası təqdim edəcəyi təqdirdə heç bir danışığın baş tutmayacağını deyib.

Madridin qanunsuz hesab etdiyi həmin referendumda 90 faiz insan İspaniyadan ayrılmaq lehinə səs verib. Lakin referendumda seçicilərin yalnız yarısı iştirak edib. Rəy sorğuları dəfələrlə əksər katalanların İspaniyanın tərkibində qalmaq istədiyini göstərib.

Katalanların qəzəbi İspaniyanın konstitusiya məhkəməsinin Kataloniyanın regional parlamentinin bazar ertəsi refendumun nəticələrinin müzakirə edəcəyi və mümkündür müstəqillik elan edəcəyi sessiya keçirməsinin qarşısını almasından sonra daha da artıb.

Böhran dərinləşdikcə və siyasi qeyri-sabitliyin sonlanacağına dair heç bir işarə olmadan bəzi katalan bizneslər Kataloniyanın ayrılması ilə Avropa İttifaqının bazarından çıxarılmaq təhlükəsindən yayınmaq məqsədilə baş qərargahlarını İspaniyanın digər bölgələrinə köçürəcəklərini elan edib.