İsrail Yəmənə zərbələr endirib

İsrail ordusu cümə axşamı Yəməndəki husi militantlarının hədəflərinə hava zərbələri endirib.

Ordunun sözçüsü bildirib ki, zərbələr husilərin “hərbi əməliyyatları” çərçivəsində istifadə etdiyi enerji və liman infrastrukturunu hədəf alıb.

Husilər tərəfindən idarə olunan media Yəmənin paytaxtı Səna və Qırmızı dəniz liman şəhəri Hodeydada hücumların edildiyini və zərbələrin elektrik stansiyası və neft obyektinə dəydiyini bildirib.

Qısa müddət əvvəl İsrail Yəməndən atılan raketi ələ keçirdiyini bildirib.

Husilər İsrailə qarşı bir neçə raket hücumu edib və bir ildən çox Qırmızı dəniz və Ədən körfəzindəki gəmilərə pilotsuz təyyarələr və raket hücumları həyata keçirib.

İranın dəstəklədiyi husilər deyirlər ki, onların kampaniyası Qəzzada İsrail-HƏMAS müharibəsi fonunda fələstinlilərlə həmrəylik nümunəsidir.

Birləşmiş Ştatlar HƏMAS və husiləri terror qrupları kimi təsnifləndirib.