Müdafiə naziri HƏMAS-la müharibənin intensiv mərhələsinin yaxında bitəcəyini deməsindən sonra İsrail Qəzzaya zərbələr endirib

İsrail müdafiə naziri İsrailin HƏMAS-la müharibəsinin intensiv mərhələsinim yaxında bitəcəyini söyləməsindən bir gün sonra, İsrail çərşənbə axşamı Qəzzanın şimalı və cənubuna havadan zərbələr barədə xəbər verib.

İsrailin Müdafiə Qüvvələri bildirib ki, hava hücumları Şimali Şati ərazisi, habelə Xan Yunisdə militantları hədəf alıb.

Ordunun bildirdiyinə görə, İsrail qoşunları onlarla militantı öldürüb, 100-ə yaxın raket qurğuları aşkar edib.

Gecə edilən hava zərbəsi həmçinin Livanın cənubunda tank əleyhinə buraxılış qurğusunu vurub. Bu, bölgədə münaqişənin genişlənməsi ilə bağlı narahatlıqları artıran sərhədyanı döyüşlərdən sonuncudur.

İsveçrədə Qətərin baş naziri davamlı həll üçün iki dövlətli həll yoluna ehtiyacı vurğulayıb. O həmçinin münaqişənin genişlənmə riskinin olduğunu vurğulayıb.

Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani Davosda keçirilən Dünya İqtisadiyyat Forumunda bildirib ki, hərbi zərbələr Yəməndə qərargahlanan husi üsyançılarının Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırmayacaq, və bunun əvəzinə diqqəti Qəzzadakı müharibənin əsas probleminin həllinə yetirmək lazımdır.

Atəşkəs yoxdur

İsrailin müdafiə naziri Yoav Qallant bazar ertəsi müxbirlərlə danışanda atəşkəsi istisna edərək deyib ki, İsrail Qəzzada hərbi əməliyyatları tamamilə dayandıra bilməz, çünki Həmas hərbi təzyiq olmadan əlavə girovları azad etməyə razılaşmaz.

Qallant deyib ki, İsrail ordusunun Qəzzanın cənubunda həyata keçirdiyi “intensiv manevr mərhələsi yaxında başa çatacaq.”

O bildirib ki, ordu bu yaxınlarda Qəzzanın şimalında intensiv quru əməliyyatını sonlandırıb.

“Hər iki yerdə, biz növbəti mərhələyə çatacağıq,” o deyib.

Qallantın sözləri HƏMAS oktybar hücumunda oğurladığı iki israilli girovun ölümünü elan etdiyi bir vaxta təsadüf edib. HƏMAS Bazar ertəsi HƏMAS-ın yaydığı videoda qrup israilli girov olduğunu bildirdiyi cəsədlərin videosunu yayıb. Video ilə birlikdə yaydığı açıqlamada HƏMAS girovların İsrail ordusu tərəfindən öldürüldüyünü bildirib.

İsrail ordusunun sözçüü Daniel Haqari onların ölümünə İsrail ordusunun səbəb olduğunu inkar edib.

“Bu, HƏMAS-ın yalanıdır,” o deyib.

Qəzza Səhiyyə Nazirliyi çərşənbə axşamı bildirib ki, İsrailin hərbi kampaniyası nətivəsində ölənlərin sayı 24 285-ə çatıb, 60 000-eən çox insan yaralanıb.

İsrail HƏMAS-ın yox etmək kampaniyasına HƏMAS döyüşçüləri oktybarın 7-də İsrailin cənubuna daxil olaraq, 1200 nəfəri öldürüb, 240 nəfəri girov götürəndən sonra başlayıb.

BMT-nin baş katibi Antonio Quterreş bazar ertəsi təcili humanitar atəşkəs çağırışını təkrarlayıb və bildirib ki, fələstinlilərə yardım çatdırmaq, HƏMAS-ın saxladığı girovların azad buraxılmasını təmin etmək və müharibənin Yaxın Şərq boyu yayılmasının qarşısını almaq üçün buna dərhal ehtiyac var.

“Mən baş verənlərdən çox narahatam,” Quterreş BMT-də müxbirlərə deyib.

Noyabrın sonunda əldə edilən müvəqqəti atəşkəs zamanı Qəzzada militantlar 100-dən çox girovu azad edib, İsrail isə 240-dan çox fələstinli məhbusu sərbəst buraxıb.