İsrail bildirib ki, Suriya ilə sərhəddə Qolan Yüksəkliyində ölkənin hava məkanına daxil olan hərbi təyyarə vurulub.
İsrail ordusu bugünkü insidentin Quneytra keçid məntəqəsi yaxınlığında baş verdiyini bildirib. Suriya hökumət qüvvələri bu ərazidə prezident Bəşar Əl-Əsəd rejimini hakimiyyətdən devirməyə çalışan üsyançılarla ağır döyüşlər aparır.
İsrail bildirib ki, təyyarəsinin Suriya ordusuna məxsus olduğu və İsrailin hava məkanına təsadüfən daxil olduğu ehtimal edilir.
İsrail təyyarəni Patriot raket dağıdan qurğunun vurduğunu deyib.