İsrail Qəzza ilə sərhəd bölgədəki tuneli partladıb

İsrailin Həmasın nəzarətində olan Qəzza ilə sərhəd bölgədə tuneli partlatması 7 fələstinli yaraqlının ölümünə səbəb olub.

İsrailin bu əməli daha 9 nəfərin yaralanması ilə nəticələnib.

Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail xalqına ziyan vurmağa çalışan hər bir kəsdən özünü müdafiə etməkdə davam edəcək.

Həmas isə 2014-cü ildə İsrail-Qəzza bölgəsində onlarla tunel açıldığını bildirib.