İranlılar internet blokadasında

Your browser doesn’t support HTML5

Artıq bir neçə gündür ki, İran vətəndaşlarının internetə çıxışı yoxdur. Ölkədə artan benzin qiymətinə qarşı ümumxalq etirazlara cavab olaraq, hökümət interneti bütünlüklə bloklayıb. Müşahidəçilər bildirir ki, əvvəllər də məhdudlaşmaların baş verdiyi bu ölkədə internetin bloklanmasının əhatə dairəsi daha da genişlənib.