İraqda səslərin yenidən hesablanması Müqtəda Əl-Sədrin qalib olduğunu göstərir

May ayında İraqda keçirirlən parlament seçkilərində səslərin yenidən hesablanması millətçi şiə din xadimi Müqtəda əl-Sədrin koalisiyasının qalib olduğunu göstərir.

Seçkidən üç ay keşməsinə baxmayaraq, qalib gələn tərəflər hələ də növbəti idarəetmə koalisiyasının formalaşdırılması ilə bağlı danışıqlar aparırlar.

Sədrin qələbəsi onu ölkənin növbəti hökumətinin formalaşmasında əsas rol oynamağa imkan verir. Seçkidən üç ay keçməsinə baxmayaraq, qalib gələn tərəflər hələ də növbəti idarəetmə koalisiyasının formalaşdırılması ilə bağlı danışıqlar aparırlar.

Seçkilərin şəffaflığı ilə əlaqədar saxtakarlıq iddiaları gündəmə gəldikdən sonra parlament iyun ayında səsləri yenidən hesablamağa qərar vermişdi.

İraqın Seçki Komissiyası bildirir ki, əl sayımının nəticələri ölkənin 18 əyalətinin 13-də əldə olunan ilkin nəticələrlə üst-üstə düşür. Sədrin tərəfdarları əvvəl qazandıqları 54 yeri saxlayıblar.

Heydər Əl-Abadi, İraqın baş naziri

İranın dəstəklədiyi şiə dəstələrinin liderləri ikinci sırada qalıb, lakin ümumi yerlərinin sayını bi yer artıraraq 48 yerə sahib olub. Hazırda baş nazir olan Heydər əl-Abadinin “Qələbə Alyansı” 42 yerlə üçüncü sırada gedir.

Yeni hökümət qurulana qədər Abadi zərif hökumətə başçılıq edəcək. Yeni hökumətin tərkibinə dair aylarla sürən qeyri-müəyyənlik aşağı keyfiyyətli dövlət xidmətləri, işsizlik və İslam Dövləti ilə üç illik müharibədən sonra ləng yenidənquruma səyləri ilə bağlı geniş ictimai narazılığa yol açıb.