Mayın 31-də İslam Partiyasının 20-yə yaxın fəalı İsailin Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. İştirakçılar "Məhv olsun İsrail!", "Qarabağa azadlıq!", "Qüdsə azadlıq!" şüarları səsləndirib.
Amma hadisə yerinə gələn polis qüvvələri aksiyanın keçirilməsinə imkan verməyib.
Aksiya iştirakçıları bildiriblər ki, bir neçə nəfər saxlanılıb və Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb.
Polis idarəsindən bildiriblər ki, 27-ci bölməyə aksiya iştirakçıları gətirilməyib.