Dünyadan görüntülər
İndoneziyada xilasedicilər hökumət binasının dağıntıları altında qalan bir insanı çıxarırlar.
Almaniyanın Meissen krematorisində COVID-19-dan ölən insanların tabutları.
Almaniyanın cənubunda Offenburqda qar.
Pekində Çaoyanq Şəhərsalma Muzeyində insanlara COVID-19 vaksini vurulur.
Tibb işçisi Braziliyanın Manaus şəhərində Coventina Dias Hospitalınn yeganə oksigen balonunun önündə dayanıb.
Hondurasda insanlar Birləşmiş Ştatlara yola düşən yük maşınına minirlər.
Nepalın Katmandu şəhərində insanlar parlamentin buraxılmasına etiraz edir.
Yava dənizində qəzaya uğrayan Srivicaya Hava Yollarına məxsus SJ182 nömrəli reysininin pilotu Fadli Satriano ilə bir sərnişinin ailə üzvləri İndoneziyanın Surabaya şəhərində keçirilən dəfn mərasimində iştirak edir.
Portuqaliyanın Lissabon şəhərində koronavirus hallarının artması səbəbilə tətbiq olunan yeni qapanma tədbirləri sırasında üzünə maska taxan bir qadın bağlı mağazanın önündən keçir.