Dünyadan görüntülər

Belçika - Polis işçisi Brüssel şəhərində COVID-19 tədbirlərinə qarşı nümayiş zamanı Avropa İttifaqının qərargahının yerləşdiyi küçədə zədələnmiş binanın yanından keçir.

Londonda Milli Səhiyyə Xidməti işçiləri və başqaları COVID-19-a qarşı vaksin qaydalarına etiraz edir.

Vaşinqtonda Linkoln Memorialı qarşısında peyvənd əleyhinə yürüş zamanı kostyum geymiş şəxs polis işçilərinin önündə dayanıb.

Birləşmiş Ərəb Əmirlikləri - Paytaxt Əbu Dabidən təxminən 150 km qərbdə, Madinat Zayed şəhəri yaxınlığındakı səhrada Dəvə Festivalı keçirilir.

Hindistan - Azad Cammu və Kəşmir Vəhşi Təbiət Departamentinin işçisi Neelum vadisində yaralı bəbiri xilas edir.

Kolumbiya - Boqota yaxınlığında Quatavitada femer meşə yanğınının baş verdiyi ərazidə gəzir.

Vatikan - Müqəddəs Pyotr Bazilikasında Allahın Kəlamını qeyd etmək və öyrənmək üçün hər il yanvarın üçüncü bazar günü keçirilən Müqəddəs messa mərasimi zamanı Roma Papasının  İsveçrə Qvardiyasının üzvünün silueti görünür.

Pakistan - Pişəvər şəhərində küçə bərbəri müştərinin saqqalını qırxır.

Paytaxt Vaşinqtonda soyuq qış günü səhər günəşin çıxması Cefferson Memorialının qarşısındakı hövuzun suyu üzərində əks olunub.