Dünya Fotolarda

Nyu-York tarixində ikinci ən iri qar çövğunun ardınca maşınlar Manhattanda qarın altında ilişib qalıb.

ABŞ-ın şərq sahillərini vuran qar çovğununun Beynəlxalq Fəza Stansiyasından görüntüsü. 

Oğlan Kapitolidə təpədə xizək sürür. Milli Hava Mərkəzi Vaşinqtona 45 santimentr hündürlüyündə qar yağdığını xəbər verir. 

Hindistanda Ehtiyat Polis Qüvvələri Respublika Gününə hazırlıq paradı keçirirlər.

İŞİD-in əlindən köçkün düşmüş uşaqlar Suriyanın Akda kəndində Türkiyəyə keçmək üçün gözləyirlər. 

Tailand əsgəri cənubda okean sahilində tapılmış təyyarə qalığını təftiş edir.

İtlərin xizək yarışı.  Aviemore, Şotlandiya.

Venetsiyada karnaval başlayır.  İtaliya.

Kişi süni buz divarına dırmanır. Liberek, Çex Respubikası.

Toronto səmalarında ay görüntüsü. Ontario, Kanada.

Şri Lankada balıqçılar.  Kolombo.

Qırmızı burunlu etirazçı Yunanıstan-Türkiyə sərhədində polis kordonunun qarşısında dayanıb. Katsanies, Yunanıstan.  Nümayişçilər Yunanıstana keçməyə cəhd göstərərəkən bir neçə qaçqının suda batmasından sonra hökumətdən sərhədi keçidə qoyulan qadağaları yumşaltmağı tələb edirlər.