Dünyadan görüntülər

Çinin mərkəzi Hubei vilayətində yerləşən Uhan şəhərində 10 gün içində koronavirusa yoluxan xəstələr üçün yeni hospital inşa edilir. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk-Alman Universitetinin İstanbulda yeni kampusunun rəsmi açılış mərasimində Almaniya kansleri Angela Merkelə hədiyyə verib. 

Yeni Dehlidə əsgərlər dəvələrin üzərində qarşıdan gələn hərbi parada hazırlaşır.

Allahabadda hindu dindarlar illik Maq Mela festivalı çərçivəsində Qanq, Yamuna və Sarasvati çaylarının birləşdiyi yerdə çimməyə hazırlaşır. 

Yaponiyalı Naomi Osaka Melburnda keçirilən Avstraliya Açıq tennis çempionatında iştirak edir. 

Kabildə uşaqlar qarda oynayır. 

İsveçli ətraf mühit fəalı Qreta Tunberq Davosda 50-ci Dünya İqtisadi Forumunda iqlim etirazında iştirak edir. 

Britaniyanın baş naziri Boris Conson Londonun mərkəzindəki iqamətgahının önündə Çinli Şirlərin performansını izləyir. 

İsveçrəli artist Alan Roşe Münhendə inşaat ərazisində keçirilən konsertdə qaldırıcı krandan asılan  pianoda ifa edir.