Okinavada ABŞ-ın bazası əleyhinə kütləvi nümayiş keçirilib

Okinavada ABŞ-ın bazası əleyhinə kütləvi nümayiş keçirilib

Vaşinqonla 2006-cı ildə əldə edilmiş razılıqda bazanın adanın izdihamlı mərkəzindən daha sakit sahil hissəsinə köçürülməsinə çağırılır.

Yaponiyanın cənubunda Okinava adasında 100 000-dən artıq adam ABŞ-ın hərbi dəniz qüvvələrinin bazasının adadan çıxarılması tələbilə yürüş keçirib.Mübahisə ABŞ hərbi dəniz qüvvələrinin Futenmada bazası ətrafında aparılır.

Vaşinqonla 2006-cı ildə əldə edilmiş razılıqda bazanın adanın izdihamlı mərkəzindən daha sakit sahil hissəsinə köçürülməsinə çağırılır. Lakin yaponların çoxu bazanın ümumiyyətlə adadan çıxarılmasını istəyir.

Dünən televiziyada açıqlama verən baş nazir Yukio Hatoyama Vaşinqton Post qəzetinin Tokionun 2006-cı ildə Amerika və Yaponiyanın əvvəlki administrayalarının imzaladığı planı qəbul etdiyi ilə bağlı Vaşinqtonu məlumatlandırmasına dair xəbərini təkzib edib.