ABŞ hərbi dəniz qüvvələrinin zabiti Con Nəimi Əmiral Amerikanın Səsinə müsahibədə Azərbaycanda əsgər ölümü hallarının tez-tez baş verdiyindən narahatlığını bildirib. Hazırda NATO-nun Əfqanıstan polisinə təlim proqramının başçısı kimi Türkiyədə ezamiyyətdə olan Con Nəimi Əmiral orduda Ceyhun Qubadovun ölümünə gətirib çıxaran başlıca problemlərə münasibətini bildirib. O, orduda korrupsiya, nizam-intizama əməl olunmaması hallarının tamamilə qəbulolunmaz olduğunu deyib və ABŞ hərbi dəniz qüvvələrində öz təcrübəsi ilə bölüşüb.
Dilşad Əliyarlı: Nəimi bəy, bu son iki gündür Azərbaycan əsgəri Ceyhun Qubadovun ölüm xəbəri ilə bağlı məlumatları izləyirik. Azərbaycan ictimaiyyətində hadisə geniş müzakirə olunur. Xaricdə yaşayan azərbaycanlılar da buna münasibət bildirir. Amerika ordusunun zabiti kimi sizin hadisəyə münasibətinizi bilmək maraqlı olardı.
Con Nəimi Əmiral: Bu xəbəri eşidib hamımız çox üzüldük. Heç vaxt istəməzdik ki, əsgərimiz belə bir şəraitdə öldürülsün. Ailəlikcə çox üzüldük. Eyni zamanda, sosial şəbəkələrin də son zamanlar lazımlılığı bundan ibarətdir ki, bu cür hadisələrin işıqlandırılmasında rolunu göstərir. Bizim hamımız bu hadisəni duyduq. Problem orasındadır ki, bir var bu cür hadisələr bir insident olaraq baş verir. Bəzən faciəli hadisələr hər cür cəmiyyətdə ola bilər, hər bir dövlətdə mümkün ola bilər. Amma problem orasındadır ki, son zamanlar Azərbaycan silahlı qüvvələrində bu cür hadisələrin tez-tez baş verməsini eşidirik. Elə bir neçə il bundan əvvəl mənim öz qohumum Naxçıvanda öz silahdaşları tərəfindən güllə ilə vurulub öldürülmüşdü. Ondan sonra dəfələrlə eşitdik ki, Azərbaycan silahlı qüvvələrində belə hadisələr baş verir və bu davam edir. Bu cür hadisələr çox tez-tez baş verir. Bu da onu göstərir ki, böyük addımlar atılmalıdır, böyük işlər getməlidir, silahlı qüvvələrdə bu cür hadisələrin qarşısını almaq üçün çox əhəmiyyətli dəyişikliklər və islahatlar getməlidir, işlər görülməlidir, çünki bu, çox dözülməz hadisədir.
Dilşad Əliyarlı: Nəimi bəy, siz Amerika Birləşmiş Ştatlarının hərbi dəniz qüvvələrində xidmət etmisiniz. Belə bir hadisə Amerika ordusunda baş versəydi bunun nəticələri nə olardı? Məsələ ilə hansı səviyyələrdə məşğul olardılar? Məsuliyyət daşıyanları nə gözləyərdi?
Con Nəimi Əmiral: Mən artıq 11 ildir Amerika hərbi dəniz qüvvələrində zabit kimi xidmət edirəm. İndi də Türkiyədəyəm, hərbi dəniz qüvvələrinin zabiti kimi NATO təlim missiyasına başçılıq edirəm burada. Dediyim kimi, bu cür hadisələr baş verə bilər. Belə faciəli hallar baş verir bəzən. Mən Amerika ordusunda xidmət etdiyim dövrdə belə bir hadisəni duymamışam. Amma bəlkə də tarixdə nə vaxtsa olub və belə bir şey olduğu halda, əlbəttə, tam yüksək səviyyədə, ali baş komandan səviyyəsində belə hallara reaksiya verilir və söhbət təkcə bu hala reaksiya verməkdən getmir. Söhbət ondan gedir ki, belə hadisələr olduqda artıq cəmiyyət tərəfindən, dövlət tərəfindən bu cür halların gələcəkdə heç zaman baş verməməsi üçün nələr etmək lazımdır və bunun üçün çoxlu addımlar atılır. Əlbəttə, Amerika silahlı qüvvələrində tam adi bir qavğa, çatışma olduğu zaman silahlı qüvvələrin üzvləri arasında dərhal onlar haqda ciddi tədbir görülür. Onların silahlı qüvvələrdən çıxarılması, yəni ən sadə davaya görə onların silahlı qüvvələrdən çıxarılması mövzusu ortaya çıxır. Əgər ciddi dava olsa, onların silahlı qüvvələrdən çıxarılması üçün iş gedir, onlar üçün çoxlu problemlər yaranır. Əgər müəyyən qədər zərər dəyibsə, bir tərəfə ziyan dəyibsə, fiziki bir ziyan dəyibsə, onda bunu törədən üzv nəinki silahlı qüvvələrdən kənarlaşdırılır, öncə həbs edilir, sonra isə onun barəsində tədbir görülür, silahlı qüvvələrdən uzaqlaşdırılır və bu hadisəni törədənlərin bütün həyatına təsir edir. Yəni söhbət belə ağır hadisələrdən getmir, yüngül xəsarət dəyibsə silahlı qüvvələrin üzvünə onu törədən adama qarşı görülən tədbirlər nəticəsində onun bütün rekordu (şəxs haqda protokollaşdırılmış məlumatlar) pozulur. Həyatında hara getsə bunu işə götürmürlər. Amma bu cür hadisələr ağlagəlməz hadisələrdir, yəni qətl hadisəsi. Eyni zamanda, hadisə baş verən komandanlıq, orada şəraitin bura gəlib çıxması artıq bir problemdir. Onun üçün bütün komandanlıqda indi problemlər olmalıdır. Onun başında olan adamlar cinayətə cəlb olunmalıdır. Bütün o hərbi hissənin başında olanlar cinayətə cəlb olunmalıdır. Nazirlik səviyyəsində buna cavab verilməlidir. Bəzi insanlar işdən çıxarılmalıdır. Bəzi insanlar tutulmalıdır. Görünür Azərbaycan ordusunda bu hallar tez-tez baş verir, çünki mən tez-tez duyuram bunu. Xəbərlərdən duyuruq, adamlardan eşidirik. Baxmayaraq ki, Amerika vətəndaşıyıq, amma bir azərbaycanlı kimi, bir insan kimi, həm də Amerika dəniz qüvvələrinin zabiti kimi bu cür hadisələr bizləri çox dərindən narahat edir. Çox istərdik ki, gələcəkdə belə şeylərin olmaması üçün islahatlar keçirilsin, dəyişikliklər olsun, rüşvət varsa, rüşvətin qarşısı alınsın. Bunlar hamısı bir-biri ilə əlaqəli məsələlərdir.
Dilşad Əliyarlı: Nəimi bəy, Azərbaycan cəmiyyətində bu günlər əsgərlərin məişəti və orduda vəziyyət geniş müzakirə olunur. Əsas diqqət mərkəzində olan məsələlər əsgər həyatı, əsgərlərin məişəti, əsgərlərin qidalanması, əsgərlər arasında xəstəliklər və bu kimi məsələlərdir. Amerika ordusunda subordinasiya, nizam-intizam, əsgərlər arasında münasibətlər necə tənzim olunur? Mən istərdim siz bu haqda məlumat verəsiniz, orduda, hərbi dəniz qüvvələrində vəziyyət necədir? Ordu həyatı mülki həyatdan fərqlidir, burada deyirlər sərt qaydalar, qanunlar mövcuddur, amma bu, daha çox rejimə aiddir, əsgərlərin, zabitlərin məişətinə daha çox aiddir.
Con Nəimi Əmiral: Silahlı qüvvələrdə olan, yəni hərbi xidmətdə olan insanın həyatı sərtdir anlamı ona gəlib çıxmamalıdır ki, onlar bir-biri ilə qavğa etməlidir, bir-birini öldürmləlidir. Bu, mənada deyilmir o. Amerika hərbi dəniz qüvvələrində, Amerika ordusunda bu nə deməkdir. Bəzən gəmidə yaşamalı olursan, bəzən müharibə şəraitində olmalı olursan və düşmənlə üzbəüz olursan, soyuqda olmalı olursan, isti şəraitə düşürsən, bəzən susuz yerlərdə qalırsan, yəni bu cür çətinliklərdən, bu cür sərtliklərdən söhbət gedir. Əlbəttə, bunu hamı anlayır. Ordu daxilində, dəniz qüvvələri olsun, istər piyada olsun bir-birimizə münasibətdə biz hətta cəmiyyətin başqa təbəqələrindən daha da yüksək davranmağa çalışırıq. Dəniz qüvvələrində bir-birimizə qarşı tam hörmətlə, məsələn, zabit zabit olmayanlarla, zabitlər arasında hörmətlə, əsgərlər arasında hörmətlə, hamı bir-birinə çox yüksək hörmətlə yanaşır, bir-birinə intizamla yanaşır. Bizim heç birimizin ixtiyarı yoxdur ki, məndən aşağı ranqda olan bir əsgər, ya da dənizçiyə mən sayqısız davranım. Əksinə işə biz əvvəl gedirik. Amerika dəniz qüvvələrində belə bir qayda var, bütün orduda. Zabitsənsə, ranqın hamıdan yüksəkdirsə, işə hamıdan tez sən gələcəksən. Məsələn, əsgər, dənizçi saat 7-də gəlirsə, biz 6-da orada oluruq. Hamı üçün yemək eyni olmalıdır. Dənizçi yemək yeməyibsə, zabit yemək yeyə bilməz. Əgər əsgər yemək yeməyibsə, onun zabiti yemək yeyə bilməz. Yəni ilk onlara şərait yaradırıq, sonunda isə ən yüksək ranqlı adamlara şərait yaradılır. Gəmini bilirsiniz ki, son kapitan tərk edir. Gəmi batsa belə, o içində batmalı olsa belə, ən sonuncu o gedəcəkdir. İdman da eyni, testlər olur. Müəyyən dövrdən bir testlər keçirilir bütün xidmət üzrə və hamı ildə iki dəfə o standartlara cavab verməlidir, ölçülərə cavab verməlidir, bədən çəkisinə fikir verilir. Əksinə, yeni gəlmiş dənizçi üçün, yeni qoşulmuş xidmət üzvlərinə həddindən artıq qayğı ilə yanaşırıq və onlar arasında hər kiçik qavğa onu yaradanlar üçün problemə çevrilir. Aramızda heç bir sərtlik yoxdur. Sadəcə olaraq nizam-intizam var, qanun var, yüksək ranqı eşitmək var, eşitməlisən, amma qanuni məsələlərdə eşitməlisən. Zabit bir əsgərə, ya dənizçiyə qanunsuz tapşırıq verirsə, dənizçi onu yerinə yetirməyə bilər, çünki o qanunsuzdur. Ondan şikayət edə bilər. Amma insanların, dənizçilərin, əsgərlərin sağlamlığı, təhlükəsizliyi bizlər üçün ən vacib məsələdir.
Dilşad Əliyarlı: Nəimi bəy, sizcə bu problemlərin əsasında nə durur və vəziyyəti düzəltmək üçün nə etmək mümkündür. Orduda bu gün yaranmış vəziyyət nəyə əsaslanır?
Con Nəimi Əmiral: Azərbaycanda, bu, mənim şəxsi fikirlərimdir, ordunun başında duran adamlardan, dənzi qüvvələri olsun, ya ordu olsun, yəni ən yüksək rütbəli ranqlar olsun rüşvət yığışdırılmalıdır. Tam sıfra endirilməlidir. Orduda rüşvət mümkün deyil, ayıbdır. Bu insanlar vətənə xidmət edirlər, tam düzgünlük olmalıdır. Hamıya eyni düzgün münasibət yaradılmalıdır. Təlim görməyən zabitlər, bəlkə sovet dövrü təlim görüblər, ya da rüşvətlə oxuyublar bunların hamısı uzaqlaşdırılmalıdır. İndi Türkiyədə 500 əfqan polis təlim keçir. Mən də Türkiyədə bu proqrama başçılıq edirəm. NATO proqramıdır. Məqsəd nədir? Hər il 500 əfqana təlim keçib onları Əfqanıstana göndəririk ki düşgün polis olsunlar, rüşvət bilməsinlər, düzgün çalışsınlar, xalqlarına xidmət etsinlər. Bunu nə üçün burada edirlər. Çünki Türkiyə müsəlman ölkədir, eyni zamanda inkişaf etmiş ölkədir. Əfqanıstanın prezidenti də bu yaxınlarda buraya gəlmişdi. Burada onlara nə öyrədilirdi:”Rüşvət olmaz, siz xalqa xidmət etməlisiniz və siz önəmli bir işin başında olacaqsınız.” Bu eyni zamanda, əsgərlərə, zabitlərə, dəniz qüvvələrinə, orduya aid olan bir şeydir. Yəni sistemdə islahatlar aparılmalıdır. Bir neçə ay ərzində bunu etmək mümkündür. Çünki Azərbaycanın pulu da var və bir çox şeylərə pullar xərclənir. Bu məsələyə də diqqətdən asılıdır. Yenidən hər il yüzlərlə, minlərlə zabit Türkiyə kimi, Amerika kimi ölkərlədə təhsil almağa göndərilməlidir. Qayıdan kimi onlar işə getməlidir, onlara yüksək maaşlar verilməlidir. Çünki hər şeyi onlar yaradacaqlar, bunlardan başlayacaq. Eyni zamanda da dənizçilər üçün, əsgərlər üçün minimum şəraitlər yaradılmalıdır. Yeməyi yaxşı olmalıdır, geyimi olmalıdır. Əgər döyüş yerində deyilsə, bunun istiliyi də yerində olmalıdır, döyüş bölgəsində də bunlar üçün mümkün qədər şərait yaradılmalıdır, bunlarda özünə inam yaradılmalıdır. Bunlara hər bir sahədə hər şey öyrədilməlidir ki, onlar daşıdığı silahdan düzgün istifadə edə bilsinlər, təhlükəsizliyə riayət etsinlər, bir-birinə tamamilə müsbət münasibət bəsləsinlər. Bunların hamısı islahatlardır və qısa müddətdə həyata keçirilə bilər. Məsələn, Amerikada hərbi qüvvələrdə bəzi məsələlər var ki hər il onlara dair kurs keçirik. Azərbaycan ordusunda da bu sahələrdə bunların hamısını yenidən yazmaq lazımdır, riayət etmək lazımdır. Çünki mümkün deyil, yəni bu gün problem oldu, buna başdansovdu münasibət göstərilsin və o yenə olsun. Ölümə çatmamalıdır. Böyük tədbirlər görülməlidir ki, heç vaxt belə acınacaqlı hadisələrə gəlib çıxmasın. Ölən qardaşımız, həmvətənimizə rəhmət diləyirik. Çox acınacaqlı haldır. Adam öz vətəninə xidmət etməyə gedib, öz vətəni üçün nəsə etməyə çalışıb və bu vaxt öz “silahdaşları” tərəfindən qətlə yetirilib. Çox acınacaqlıdır.
Your browser doesn’t support HTML5