Dünyadan görüntülər

Etirazçılar dəniz divi kimi təsvir edilən Filippin prezidenti Rodriqo Dutertenin maketini yandırırlar.

Hökumət tərəfdarı Çinpərəst qanunverici Cunius Honun ofisi qarşısında etirazçı ilə əlbəyaxaya çıxıb. Honq Konq.

Minlərlə Puerto Riko sakini qubernator Rikardo Rossellonun istefasını tələb edir. San Juan, Puerto Riko.

İspaniyanın müvəqqəti baş naziri Pedro Sánchez parlamentdəki debatda çıxış edir. Madrid, İspaniya.

Ali Məhkəmə üzvü Elena Kagan mərhum sabiq Ali Məhkəmə üzvü Con Paul Stevensin anım mərasimində çıxış edir.

Macarıstanlı Tamas Meszaros (sağda) və amerikalı Race Imboden qılıncoynatma yarışında üz-üzə gəlir.

Təbii qoruq işçisi əlində nadir albino leopard geko tutub. Banda Açeh, İndoneziya.

Britaniyalı Gary Hunt yüksəkdən suya başvurma üzrə dünya çempionatında çıxış edir. Çosun Universiteti, Gwangju, Cənubi Koreya.

Mərkəzi Parkda qayıqla üzən adamlar qızmar havada özlərini günəş çətiri ilə qoruyur. Nyu York. Həftəsonu Amerikanın bir çox bölgələrində rekord istilər yaşanıb.

Fövqəladə hallar üzrə işçilər Kardiqos kəndi yaxınlığında meşə yanğınını söndürməyə çalışır. Portuqaliya. 21 iyul, 2019.