Günün fotoları

İndoneziya, Bali - Karangasemdəki Besakih məbədində koronavirusun qarşısının alınması üçün  minnətdarlıq bildirib, "yeni normal" həyat qayıdış üçün kütləvi dua mərasimində Sidakarya maskalı rəqqaslar tamaşa göstərir.     
 

Hindistan, Kəlküttə - Buddist rahiblər və uşaqlar buddist missiyanın mehmanxanası və imkansız uşaqlar üçün məktbin damından yaxınlıqdakı aeroportdan havaya qalxan təyyarələri izləyir. 
 

Yaponiyanın cənub-qərbindəki Nitoyoşi Kumamoto prefekturasında selin yolu yuyub aparmasından sonra avtobillər palçığa ilişib qalıb.  
 

Boliviya - Keçən həftə ölən şəxsin tabutu ailə üzvləri tərəfindən rəsmilərin diqqətini çəkmək üçün Koçabamba şəhərinin mərkəzində yerləşdirilib. 

Vaşinqton şəhərində 4 İyul Amerika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə atəşfəşanlıq keçirilib.  

 

Londonda koronavirus epidemiyası ilə əlaqədar bağlandıqdan sonra Thorpe Park yenidən açılıb. 
 

Belarusda İvan Kupala festivalı zamanı insanlar odun üstündən tullanır.

Nyu York - Bruklin sakinləri çimərlikdə istirahət edir. 
 

Avstriya - Pyer Qasli Spilberqdə Red Bull Ring trassasında məşq edir.

 

Londonun Soho hissəsində koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılmasından sonra insanlar küçədə barların qarşısına toplaşıb.

İtaliya - Pelizzano yaxınlığında Presena buzlağında qar alimlərin ehtimal etdildiyi kimi yosunların təsirindən çəhrayı rəngə boyanıb.

Dünyanın hər yerindən günün ən maraqlı fotoları